Təntənəli pravoslav tədbirlərinin əksəriyyəti Pasxanın ilk günü və Nurlu adlandırılan ilk həftəsində qeyd edilir. Bu barədə SalamNews-a Bakı- Azəbaycan Yeparxiya idarəsinin katibi Mefodiy ata məlumat verib.
“Pasxa kilsənin vacib bayramlarından biridir. Başqa sğzlə onu bayramların Bayramı və ya ibadət zamanı oxunduğu kimi zəfərlərin zəfəri adlandırırlar. Pasxa bayramı İsanın dirilməsi ilə əlaqəndirilir və 40 gün ərzində qeyd olunur”,-deyə Mefodiy ata bildirirb.
Onun sözlərinə görə, Pasxanın ilk günü gecə yarısı bütün şəhər kilsələrində gecə ibadəti olunub. Bununla əlaqədar, bayram ibadətləri bu həftə hər gün ediləcək. Bu gün kafedral kilsədə saat 5-də şəhər ruhanilərinin iştirakı ilə Pasxa gecəsi keçiriləcək. İbadətə yepiskop Aleksandr başçılıq edəcək. İbadətə başalayarkən kilsəyə Qüdsdən Müqəddəs Alov gətiriləcək.
İdarə katibi bildirib ki, Pasxa ilə əlaqədar olaraq, eparxiya xüsusi mərasimlər keçirmək fikrindədir. Onun fikrincə, çərşənbə günü axşam uşaq pasxa səhnəsi göstəriləcək. Cümə günü Rusiaya İnformasiya və Mədəniyyət Mərkəzində xeyriyyə xarakterli bazarın açılışı olacaq. Burada əldə olunan vəsait uşaq evlərindən birinə veriləcək.
Rusiya pravoslav kilsəsinin nümayəndəsi kimi, Mefodiy ata bütün pravoslav və möminləri müqəddəs Pasxa bayramı münasibət ilə təbrik edib, onlara fiaravanlıq və əmin amanlıq arzulayıb.