Müqəddəs Quran pəncab dilinə tərcümə olunub.
SalamNews-un "İqna" Quran agentliyinə istinadən verdiyi xəbərə görə, Müqəddəs Kitabı pakistanlı tərcüməçi Tahir İman Xan tərcümə edib. Onun sözlərinə görə, Quranı tərcümə etmək qərarına 2002-ci ildə həcc ziyarətindən qayıdarkən gəlib.
“2007-ci ildə "Əl-Fatihə" surəsi tərcümə olunub. Bundan sonra mən tərcüməyə gündə 18-20 saat sərf etməyə başladım. 2009-cu ildən 2011-si ilədək bir neçə dini alimlə məsləhətləşərək tərcüməmin düzgünlüyünü yoxladım”, - Tahir İman Xan deyib.
Qeyd edək ki, Hind–Avropa dil qrupuna daxil olan pəncab dilində əsasən Pəncab tarixi regionunda danışırlar. Regionun bir hissəsi Hindistan, digər hissəsi Pakistana aiddir. Hindistanda 30 milyon, Pakistanda isə 80 milyona yaxın adam pəncab dilində danışır.