Suriyada aprelin 13-də müxtəlif şəhərlərdə baş vermiş etiraz aksiyalarının gedişində təhlükəsizlik qüvvələri tərəfindən 7 nümayişçi qətlə yetirilib. Suriya müxalifətinin Koordinasiya komitəsinin məlumatına görə, nümayişçilər Deraa, İdlib, Xama və Dəməşqdə keçirilən aksiyalarda həlak olublar.
Suriyada hökumət əleyhinə nümayişlər 2011-ci ilin martından etibarən keçirilir. BMT-nin məlumatına görə, aksiyalar başlanandan ölkədə 9 mindən çox insan həlak olub. Hazırda ölkədə BMT-nin xüsusi nümayəndəsi Kofi Annanın böhranın nizamlanması üzrə planı həyata keçirilir.