ABŞ Suriya müxalifətinə ayrılan yardımın həcmini artırıb. Bu barədə Ağ Ev rəsmiləri məlumat veriblər
Məlumata görə, ötən həftə prezident Barak Obama müvafiq sərəncam imzalayıb. Müxalif qüvvələrə rabitə vasitələri və dərman preparatları çatdırılıb. ABŞ rəsmiləri silahlı Suriya müxalifətinə yardım edilmədiyini bildiriblər. Dövlət departamentinin mətbuat katibi Viktoriya Nuland Suriya müxalifətinə telekommunikasiya avadanlığı verildiyini təsdiqləyib.