Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə görüşüb. APA-nın məlumatına görə, mətbuat üçün qapalı keçən görüş 1 saat davam edib.
Görüşdən sonra jurnalistlərə heç bir açıqlama verilməsə də, Ə. Davudoğlu bildirib ki, İranla “altılıq” ölkələrinin müzakirələrindən sonra yaxşı xəbərləri olacaq.
Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında keçiriləcək görüşdə “altılıq” ölkələri adından Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton, İran tərəfdən isə S. Cəlili müzakirə aparacaq.