Suriya ordusu aprelin 14-nə keçən gecə Homs şəhərinin iki rayonunu artilleriya atəşinə tutmağa başlayıb. APA-nın xəbərinə görə, bu barədə “Reuters” agentliyi hüquq müdafiəçiləri və şahidlərə istinadən məlumat yayıb. Atəş nəticəsində şəhərin bir neçə sakini yaralanıb. Bombardman davam edir.
Qeyd edək ki, aprelin 12-dən etibarən prezident Bəşər Əsəd tərəfdarları ilə üsyançılar arasında atəşkəs razılaşması qüvvəyə minmişdi. Hökumət qüvvələrinin şəhərləri tərk edəcəyi gözlənilirdi. Lakin aprelin 13-də hər iki tərəf bir-birini atəşkəs pozuntularında günahlandırıb. Ölkənin müxtəlif yerlərində azı 6 nəfər ölüb