İmam Musa Sədrin qalıqlarının aşkar edilməsi barədə xəbər həqiqəti əks etdirmir. SalamNews-un ''MehrNews''a istinadən verdiyi xəbərə görə, belə bir bəyanatla Livan XİN-in rəhbəri Adnan Mənsur çıxış edib.
“Biz genetik ekspertizanın aparılması barədə Liviya rəsmiləri ilə məsləhətləşmələr aparmışıq. Ekspertiza uğurla davam etdirilir”, - Adnan Mənsur deyib.
Xatırladaq ki, dünən Liviya hökuməti Livan şiələrinin lideri və “Amal” hərəkatının banisi hesab edilən imam Musa Sədrin qalıqlarının aşkar edildiyini açıqlayıb.
Bildirək ki, Livan və İran hökuməti uzun illər boyu Liviya tərəfindən Musa Sədrin taleyi barədə məlumat verməyi tələb edib.