İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurasının rəhbəri Səid Cəlili Türkiyəyə gəlib.
SalamNews-un "Habertürk"ə istinadla verdiyi xəbərə görə, İranla "altılıq" (BMT Təhlükəsizlik Şurasının üzvü olan 5 ölkə və Almaniya) arasında nüvə danışıqlarının ikinci mərhələsi sabah İstanbulda keçiriləcək.
Qeyd edək ki, danışıqlar Lütfi Kırdar adına Konqres Mərkəzində baş tutacaq.