Məşhur sufi Səriyy Səqəti deyir: «Beytül-Müqəddəsə gedərkən bir çəmənlikdən keçirdim.

Yeməli otlardan yığıb yedim, bulaq suyundan içdim. Birdən ağlıma gəldi ki, ömrümdə bircə dəfə də olsa, tamamilə halal (təbiətin verdiyi) ruzi yeyib-içdim. Bunu düşünəndə ürəyimdə sevinc və fəxr duydum. Elə o an qeybdən səs eşitdim: «Ey Səriyy! Bəs bura çatmaq üçün xərclədiyin yol xərcini hansı yolla qazandığını unutdunmu?!».