Bu il mayın 30-31-də Astanada dünyanın dini liderlərinin IV yığıncağı keçiriləcək.
SalamNews-un verdiyi xəbərə görə, bu barədə Bakıda keçirilmiş mətbuat konfransında çıxışı zamanı Qazaxıstanın Azərbaycandakı səfiri erik Primbetov məlumat verib.
O deyib ki, Azərbaycan tərəfdən tədbirə ölkənin birinci xanımı Mehriban Əliyeva və Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə dəvət olunublar. Tədbirdə cəmiyyətin dini həyatında qadınların rolu mövzusu müzakirə olunacaq.