İndoneziyada 8,9 bal gücündə zəlzələ baş verib. SalamNews "Assoşeytd Press"ə istinadən xəbər verir ki, Hindistan okeanının bütün regionlarında sunami təhlükəsi elan olunub.
ABŞ-ın Geoloji Xidmətinin məlumatına əsasən, zəlzələnin episentri Banda-Açex şəhərindən 495 km cənub-qərbdə qeydə alınıb.
Dağıntılar və qurbanlar haqqında məlumat verilməyib.