Azərbaycan İslam Partiyası Baş prokurorluğu məhkəməyə verəcək.
SalamNews-un verdiyi məlumata görə, bunu mətbuat konfransında vəkil Anar Qasımlı deyib.
Hazırda həbsdə olan partiyanın keçmiş sədri Mövsüm Səmədov və digər ictimai-dini fəalların maraqlarını müdafiə edən vəkil bildirib ki, partiyanın Nərimanov rayonunda yerləşən qərargahı qeyri qanuni olaraq həbs altinda saxlanılır. Bu məsələ ilə bağlı respublikanın istintaq orqanlarına müraciət edilib. Bildirilib ki, qərargah ağır cinayət işləri üzrə məhkəmənin ixtiyarına verilib.
“Qərargahın ağır cinayət işləri üzrə məhkəmə ilə heç bir əlaqəsi yoxdur. Mən bu faktı istintaq orqanları tərəfindən şəxsi əmlak hüquqlarının pozulması kimi qiymətləndirirəm”-deyə A.Qasımlı söyləyib.