POPULYARXƏBƏRLƏR

BMT Təhlükəsizlik Şurası Suriyaya iki gün vaxt verib

Birləşmiş Millət Təşkilatları (BMT) və Ərəb Birliyinin xüsusi nümayəndəsi Kofi Annan bu gün Türkiyədə Suriya hakimiyyətinə daha iki gün vaxt verildiyini bildirib.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, Kofi Annan Hataydakı çadır şəhərciyində Suriyadan olan qaçqınları ziyarət edərkən rəsmi Şama 12 aprel səhər saat 6.00-a qədər silahlı toqquşmaları heç bir şərt irəli sürmədən dayandırmaq üçün vaxt verdiklərini açıqlayıb.

Türkiyə baş nazirinin müavini Bəşir Atalayla təkbətək görüşdən sonra mətbuat konfransı keçirən K. Annan ’’atəşkəs olmalı, silahlar susmalı və əsgəri birliklər öz xidmətlərinə dönməlidir” deyib.

“12 aprel saat 6.00-a qədər hələ vaxt var” deyən Annan Suriya hakimiyyətini BMT-nin tələbinə əməl etməyə çağırıb.

Xüsusi nümayəndə hazırda əsas məsələnin güc tətbiqinin dayandırılması olduğunu bildirib: “ Güc tətbiqi dayanandan sonra hər kəs masa ətrafında oturub danışmalıdır. Suriya hökuməti başda olmaqla, müxalifəti və digər tərəfləri də güc tətbiqini dayandırmağa çağırıram”.

K. Annan Türkiyə-Suriya sərhədində baş verənlər və bölgədəki vəziyyətlə bağlı BMT TŞ-na məktub da göndərib.

Türkiyə Xarici İşlər Nazirliyi də (XİN) yazılı açıqlama yayıb. Açıqlamada bildirilib ki, bu il aprelin 5-də BMT TŞ-nın və Ərəb Birliyinin qəbul etdiyi 6 bəndlik plan üzrə Suriya hakimiyyəti ilə aparılan müzakirələr və güc tətbiqinin şərtsiz dayandırılması ilə bağlı tələblər yerinə yetirilməyib: “Son vaxtlar Suriya hakimiyyətinin dinc insanlara qarşı hücumları Türkiyə-Suriya sərhədi yaxınlığında mütəmadi xarakter alıb. Hətta Türkiyədəki qaçqın şəhərçiklərinə də atəş açılır”.

Türkiyə XİN BMT və Ərəb Birliyinin xüsusi nümayəndəsi Kofi Annanın missiyasını ilk gündən dəstəklədiyini qeyd etməklə yanaşı, Suriya müxalifətinin də Annana dəstək verdiyini bildirib: “BMT TŞ-nın açıqlamasında güc tətbiqinin tam dayandırılması üçün göstərilən 12 aprel tarixindən 48 saat öncə Suriya hakimiyyətinin Annana verdiyi bütün vədləri tam yerinə yetirilməsi şərti qoyulub. Bu gerçəkləşməyəcəyi təqdirdə, BMT TŞ-nın Suriya xalqının qorunması üçün lazım olan tədbirlər görmək məqsədilə qərar qəbul edəcəyini gözləyirik”.

Bir çox Avropa ölkəsinin xarici işlər naziri ilə danışan Davutoğlu Suriya ilə bağlı məsələni və son hadisələri ABŞ dövlət katibi Hillari Klintonla da müzakirə edib.

Çində səfərdə olan Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan isə Suriyanın Türkiyə sərhədini keçdiyini bildirib: “Çox açıq olaraq sərhəd keçilib, bu ortadaddır. Buna uyğun olaraq, biz də son dəyərləndirməmizi edəcəyik. Qonşu ölkələrlə diplomatik müzakirələr davam edir, ondan sonra da lazım olan addımları atacağıq”.

Türkiyə mediasının məlumatına görə, Ərdoğanın Çindən Rusiya və Səudiyyə Ərəbistanına səfər etməsi mümkündür. Məlumata görə, Ərdoğan hər iki ölkədə Suriyadakı vəziyyətlə bağlı müzakirə aparacaq.
Ağ Evdən verilən açıqlamada Annanın Suriyanın şərtləri yerinə yetirmək istəmədiyini bildirməsindən sonra ABŞ-ın sonrakı addımları öz müttəfiqləri ilə müzakirə edəcəyi bildirilib.

İngiltərə xarici işlər naziri Vilyam Haque isə hələ ki, Suriya hakimiyyətinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini izləmədiklərini deyib: “Suriya hakimiyyətinin Türkiyə və Liviya sərhədləri üzərindən dinc insanlara atəş açması bu ölkələrin ərazi bütövlüyünü tanımamaq deməkdir”.

Bu gün həmçinin BMT TŞ-nın qapalı toplantısı keçirilib. Toplantıdan sonra ABŞ-ın daimi nümayəndəsi Susan Rays TŞ-nın açıqlama ilə çıxış edib. O bildiirb ki, toplantıda Kofi Annanın məktubu müzakirə olunub: “ Biz Annanın qeyd etdiyi kimi Suriyadakı müxalifətin də 6 maddəlik plana əməl etməsinin vacibliyini qeyd edirik. Əsas məsələ odur ki, bütün tərəflər 12 aprel tarixinin son möhlət olduğunu qəbul etməlidirlər. Suriya hakimiyyətinin öhdəliklərini təcili yerinə yetirmək istəməsindən əmin deyilik. Güc tətbiqi ilk və əhəmiyyətli addımdır. Bu məsələ başqa şərtlər irəli sürülərək, gecikdirilməməlidir”.

BMT TŞ-nın Annana tam dəstək verdiyini deyən S. Rays 12 apreldə ondan ətraflı məlumat alacaqlarını vurğulayıb: ’’Bizim Suriya hakimiyyətinə verdiyimiz ilk vaxt bu gün başa çatdı, Suriya öhdəliklərini yerinə yetirmədi. TŞ üzvləri həm şərtlərə əməl edilməməsi, həm də son 10 gündə güc tətbiqinin daha da intensivləşməsindən ciddi narahatdırlar”.

Qeyd edək ki, aprelin 10-da Moskvada Rusiya və Suriya XİN başçıları Sergey Lavrovla Vəlid Muallim də görüşüb. V. Muallim ölkəsinin Annan planını artıq yerinə yetirməyə başladığını, ordunun şəhərlərdən çəkildiyini, rəsmi Şamın müzakirələrə hazır olduğunu bildirib. Suriya XİN başçısı Annandan müxalifətçi qüvvələrin də atəşkəs sözləşməsinə sadiq qalacağına dair qarantiya verməsini istədiklərini bildirib. Rusiya XİN başçısı S. Lavrov da Suriya hakimiyyətini Annan planını yerinə yetirməyə daha qərarlı yanaşmağa çağırıb. O, xarici ölkələrin “Annan planı”nın tətbiq olunması üçün müxalifət qruplarına təsir göstərməsinin vacibliyini vurğulayıb. Müxalifətin mövqeyini tənqid edən S. Lavrov bütün tərəfləri planın şərtlərinə əməl etməyə çağırıb.

Qeyd edək ki, aprelin 10-da səhər saatlarında Suriya-Türkiyə sərhədinin yaxınlığında Suriya ordusu ilə müxalifət gücləri arasında baş vermiş toqquşmada açılan atəş nəticəsində sərhədin Türkiyə təfərində olan iki nəfər türk, iki nəfər isə suriyalı yaralanıb. Sərhəddən Türkiyəyə qaçmağa çalışan suriyalılara atəş açılması nəticəsində iki nəfərin öldüyü, 20 nəfərin isə yaralandığı bildirilir.



Yerləşdirilib:11 Aprel, 2012  21:17, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com