Rusiya Müftilər Şurası (RMŞ) Moskvada azərbaycanlı din xadiminin öldürülməsini təsdiqləyib.
Bu barədə APA-nın Moskva bürosuna şuranın baş məsləhətçisi Əbdül-Vahid Niyazov məlumat verib. O, Mətin Mehdiyevin öldürülməsini rəsmən təsdiqləyib: “Bizim qardaşımız qəddarlıq və soyuqqanlılıqla öldürülüb”.
Qeyd edək ki, 1978-ci il təvəllüdlü Azərbaycan vətəndaşı olan Mətin Mehdiyev aprelin 10-da saat 01:30 radələrində Vtoraya Bretskaya 43 ünvanında yerləşən evinin giriş qapısında naməlum şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Qatillər onun boğazını kəsiblər.
Faktla bağlı Rusiya hüquq-mühafizə orqanları tərəfindən Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.