POPULYARXƏBƏRLƏR

İstanbulda XV Avrasiya İqtisadi Zirvəsi başlayıb

Toplantıda Azərbaycan prezidentinin təbrik məktubu oxunub

Bu gün İstanbulda Lütfi Kırdar adına Konqres Mərkəzində XV Avrasiya İqtisadi Zirvəsi başlayıb. APA-nın Türkiyə müxbirinin verdiyi məlumata görə, Mərmərə Qrupu Vəqfi tərəfindən təşkil olunan toplantının açılışında Azərbaycan prezidenti İlham Əliyevin təbrik məktubu oxunub.

Məktubu Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov oxuyub. Təbrikdə deyilir ki, müasir dünyada sülhün və əmin-amanlığın qorunmasına, sosial-siyasi tərəqqiyə əməli töhfəsini verən Türkiyə Cümhuriyyətində hər il Mərmərə Qrupu Vəqfinin təşkilatçılığı ilə keçirilən zirə görüşləri regional və beynəlxalq əməldaşlığın genişləndirilməsi, Avrasiya bölgəsində xalqlar və dövlətlər arasında siyasi və iqtisadi əlaqələrin möhkəmlənməsi işinə müsbət təsir göstərir. Məktubda qeyd olunub ki, sonuncu zirvə toplantısından ötən müddət ərzində region ölkələri arasında siyasi-iqtisadi və mədəni əlaqələr daha da güclənib, geniş miqyaslı yeni transmilli layihələrin əsası qoyulub: “Bu layihələrin reallaşmasında, iqtisadi əməkdaşlığın dərinləşməsində, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan yaxından iştirak edir. Qlobal inkişafın yeni çağırışlarına cavab vermək üçün dünyanın görkəmli ictimai-siyasi, elm və mədəniyyət xadimlərinin, iş adamlarının və beyin mərkəzlərinin müxtəlif formatlarda müzakirələr aparmasına və adekvat qərarlar çıxarmasına ehtiyac duyulur”.

Azərbaycan dövlət başçısı XV Zirvə toplantısında hamını düşündürən regional problemlərin həllinə, dövlətlərarası ictimai-siyasi və mədəni əlaqələrin inkişafına, xalqların mənafelərinə xidmət edən yeni ideyalar irəli sürüləcəyinə və qərarlar qəbul ediləcəyinə inandığını bildirib.

Toplantının açılışında çıxış edən Mərmərə Qrupu Vəqfinin sədri Akkan Suver Çin Xalq Respublikası Məclisinin vitse-spikerinin başçılığı altında nümayəndə heyətinin toplantıda iştirak etməsinin çox əlamətdar hadisə olduğunu deyib. O, Orta Asiyadan uzaq Şərqə, Afrikadan Balkanlara qədər bəzi dövlət başçılarının və yüksək səviyyəli dövlət adamlarının zirvə toplantısında iştirak etdiyini bildirib.

Qeyd edək ki, “Bürünc zirvə” adlandırılan toplantıda Azərbaycandan Əli Həsənovla yanaşı, Milli Məclisin sədr müavini Valeh Ələsgərov, təhsil naziri Misir Mərdanov və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov da iştirak edir.

Son 14 il ərzində mütəmadi olaraq keçirilən, dövlət və hökumət başçıları, parlamentarilər və tanınmış şəxsiyyətlərin qatıldığı toplantının builki Zirvəsində enerji, iqtisadi, mədəniyyətlərarası dialoq, qadın liderlər mövzusu, habelə dünyada aclıq və yoxsulluq problemləri gündəmdə olacaq.

Toplantıya ilk dəfə olaraq müxtəlif dinləri təmsil edən yüksək rütbəli din xadimləri də qatılıblar. Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə də Fəxri qonaq qismində iştirak edir.

Zirvə toplantısı sabah İzmirdə keçiriləcək iclasla başa çatacaq.



Yerləşdirilib:11 Aprel, 2012  21:15, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com