BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi təmsilçisi Kofi Annan bu gün İranın xarici işlər naziri Əli Əkbər Salehi ilə görüşüb.
APA-nın məlumatına görə, görüşdə K.Annanın Suriyada axan qanın dayandırılması üçün irəli sürdüyü plan müzakirə olunub. Salehi İranın bu planı dəstəklədiyini deyib: “Suriyada islahatlar Bəşar Əsəd rəhbərliyi ilə müxalifət arasında danışıqlar yolu ilə həyata keçirilməlidir. Tehran Annan planını Suriyada hakimiyyət dəyişikliyini tələb edənə qədər dəstəkləyəcək ”. K.Annan isə planı dəstəklədiyi üçün İrana təşəkkür edib və bildirib ki, Suriyada silahlı toqquşmalar davam edərsə, bu faciəyə səbəb olacaq.