BMT-nin və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi təmsilçisi Kofi Annan bu gün İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə də görüşüb.
APA-nın məlumatına görə, K.Annan və S. Cəlili görüşündə də Suriyada yaranmış böhranın aradan qaldırılması üçün irəli sürülən 6 maddəlik Annan planı, məsələnin həllində uzlaşma yolları müzakirə edilib.