Suriya hökuməti aprelin 12-si saat 6.00-dan atəşi dayandıracağını bəyan edib.
APA-nın məlumatına görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov “Twitter”-dəki səhifəsində bildirib.
“İndi növbə silahlı müxalifətindir – Annan planının şərti belədir”, - deyə G. Qatilov vurğulayıb.
Qeyd edək ki, BMT və Ərəb Liqası Dövlətlərinin xüsusi elçisi Kofi Annan münaqişənin nizamlanmasına başlanması üçün aprelin 10-nu son tarix elan etmişdi. Bunun ardınca Dəməşq Moskvanı əmin edib ki, planın şərtinə əməl etməyə başlayıb.
Müxalifət isə bəyan edib ki, hökumət qoşunları aprelin 12-dək şəhərlərdən çıxsa atəşi dayandıracaq.