Fələstin Milli Administrasiyasının (FMA) başçısı Mahmud Abbas FMA-nın müstəqilliyinin tanınması üçün yenidən BMT Baş Assambleyasına müraciət edib.
SalamNews "Reuters"ə istinadən xəbər verir ki, müvafiq bəyanat Ramalada (Qəzza zolağı) Fələstin başçısının “Cenevrə təşəbbüsü” hərəkatının nümayəndələri ilə görüşündən sonra açıqlanıb.
Mahmud Abbasın sözlərinə görə, əgər İsrailin baş naziri Binyamin Netanyahu bir ay ərzində “ona ünvanlanan məktubdakı təklifə müsbət cavab verməsə”, FMA heç bir güzəştə getməyəcək.
Xatırladaq ki, 2011-ci ilin sentyabr ayında Fələstin BMT-yə üzv qəbul olunması haqqında ərizə verib.
Hazırda Fələstini dövlət kimi 131 ölkə tanıyır.