Suriya xarici işlər naziri Vəlid Mualim Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb.
Sülh planı çərçivəsində ordunun şəhərlərdən çəkilməyə başladığını açıqlayan nazir, Türkiyəni müxalifət dəstələrini silahla təmin etməkdə və yaraqlıların sərhəddən Suriyaya keçmələrinə imkan yaratmaqda ittiham edib.
SalamNews-un "Hürriyet"ə istinadla verdiyi xəbərə görə, Mualim deyib: "Türkiyə qeyri-qanuni fəaliyyət göstərən suriyalı qrupları dəstəkləyir, bu qrupları silahla təmin edir və Suriya sərhədini qeyri-qanuni şəkildə keçmələrinə icazə verir. Türkiyənin belə davranışları davam etdiyi halda planı necə həyata keçirə bilərik?".