“ İranın “altılıq” ölkələri (ABŞ, Rusiya, Böyük Britaniya, Çin, Fransa, Almaniya) ilə keçiriləcək müzakirələr üçün praktiki təklifləri olacaq”.
APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran prezidenti Mahmud Əhmədinejad deyib. O bildirib ki, dünyanın idarə olunmasında bütün ölkələrin iştirakı vacibdir: “ Dünya atom və kütləvi qırğın silahlarından təmizlənməlidir. İran NPT müqaviləsi əsasında nüvə enerjisindən istifadə haqqını əldə etmək üçün Qərblə hər zaman müzakirələrə hazırdır. Lakin qarşı tərəfin isə daim birtərəfli olaraq İrandan gözləntiləri var. Halbuki, müzakirələrdə hər iki tərəf də tələblərini irəli sürməlidir”.