1979-cu ildə islam inqilabı nəticəsində devrilən İranın mərhum şahı Məhəmmədrza Pəhləvinin mühacirətdə yaşayan oğlu Rza Pəhləvi İsraili İran müxalifətinə kömək etməyə çağırıb.
APA-nın məlumatına görə, o, İsrailin “Kanal 10” telekanalına müsahibəsində rəsmi Tel-Əvivin Tehranı bombalamasının rejimin mənfəətinə olacağını deyib. Rza Pəhləvi İran rəhbərliyini devirmək üçün ən yaxşı variantın xalqı rejimə qarşı hazırlamaq olduğunu deyib: “Dünyanın ən yaxşı ordusunu, yəni İran xalqının özünü hücuma hazır hala gətirməliyik. Buna kömək etməsəniz, Allah hamımızın köməyi olsun”.