Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejim mayın 9-da Xankəndi şəhərində hərbi parad keçirməyə hazırlaşır
APA-nın “Lragir.am” saytına istinadən verdiyi məlumata görə, işğalçılar mayın 9-da bayram saydıqları 3 hadisəni - Şuşanın işğalı günü, Qarabağ erməni ordusunun yaranmasının 20 illiyi və faşizm üzərində qələbə gününü birlikdə qeyd etməyə hazırlaşırlar. Bununla əlaqədar Xankəndindəki Dirçəliş Meydanında abadlıq işlərinə başlanıb.
Məlumatlara görə, mayın 9-da keçiriləcək hərbi paradda indiyədək Qarabağda görünməmiş sayda hərbi texnikanın nümayişi nəzərdə tutulur.