Türkiyə Rusiyanı inandırır ki, Suriyaya qarşı birtərəfli əməliyyatlara başlamayacaq. SalamNews “Vesti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN başçısı Sergey Lavrov bildirib
Lavrov qeyd edib ki, Kofi Annanın planı baş tutmadığına görə, Türkiyə daha bir neçə gün gözləyəcəyini, daha sonra Suriyaya qarşı özü qərar verəcəyini bəyan edib.
“Türkiyəli həmkarım Əhməd Davudoğlu ilə telefon danışıqları zamanı mən xüsusən bu məsələ ilə maraqlandım. O məni inandırdı ki, Türkiyə birtərəfli əməliyyatlar planlaşdırmır”, - Lavrov deyib.