Suriyanın Dəməşq şəhərində yerləşən Xanım Zeynəbin (s.ə) məbədi yaxınlığında bomba partlayıb. SalamNews "Tabnak"a istinadən xəbər verir ki, nəticədə, 7 nəfər həlak olub.
Şahidlərin sözlərinə görə, partlayış zamanı məbədin yaxınlığındakı binada olan 10 nəfər xəsarət alıb. Partlayış nəticəsində 3 mərtəbəli bina tamamilə dağılıb.
Xatırladaq ki, Xanım Zeynəbin (s.ə) hərəminin yerləşdiyi rayonda onlarla azərbaycanlı tələbə təhsil alır.