Həzrət Əlidən (ə) rəvayət olunan bir hədisdə buyurulur ki, Allah mələklərə yalnız ağıl verìb, qəzəb və şəhvət xüsusìyyətì verməyìb.

Heyvanlarín ìsə əhvalat qəzəbì var, ağlı yoxdur. Amma ìnsana həm ağıl, həm qəzəb, həm də şəhvət verìlìb. Ìnsan şəhvət və qəzəbìnì ağlına tabe etsə, mələklərdən yüksəyə qalxar. Yox, əgər ağlını şəhvət və qəzəbə tabe etsə, hey-vanlardan da alçaq səvìyyəyə enər.
Öz zəmanəsinin mərceyi-təqlidləri olan Ayətullah Seyyid Əbül-Həsən İsfahani və Ayətullah Kompanidən aşağıdakı məzmunlu məsələ barədə fətva istəyirlər: Bir nəfər torpaq sahəsini 30 il müddətinə vəqf edib. Lakin vəqfin şərtlərində bu müddətin qəməri, yoxsa şəmsi təqvimlə hesablanması müəyyən olunmayıb. Əgər qəməri təqvimlə hesablansa, vəqf müddəti artıq başa çatıb; yox, əgər şəmsi təqvimlə hesablansa, vaxtın sonuna hələ bir il qalır.
Ayətullah Naini suala belə cavab verir:
«Müsəlman təqvimi hicri olduğu üçün, vəqfin müddəti də hicri təqvimlə hesablanmalıdır».
Ayətullah Seyyid Əbül-Həsən İsfahani isə sualı belə cavablandırır: «Söhbət torpaq sahəsindən getdiyi üçün, 30 ildən məqsəd – torpağın 30 il ərzində verdiyi məhsuldur. Məhsul vaxtı şəmsi təqvimlə hesablanır, buna görə, vəqfin şərtində də şəmsi təqvim nəzərə alınmalıdır».
Ayətullah Naini Ayətullah İsfahaninin rəyini eşidəndə onun daha düzgün olduğunu qəbul edib razılaşır.