Suriya ordusu ölkə ərazisindən Türkiyəyə keçməyə cəhd göstərən vətəndaşlara atəş açıb.
SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, hadisə zamanı 3 nəfər yaralanıb.
Azad Suriya Ordusunda adının açıqlanmasını istəməyən yüksək rütbəli nümayəndəsi bildirib ki, suriyalılar Türkiyə-Suriya sərhədində yerləşən Qaziantepin Kilis mahalına keçməyə cəhd ediblər.