Ərəb ölkələri nümayəndələrinin Fars körfəzində RƏM sistemlərinin yerləşdirilməsi barədə bəyanatları tamamilə ABŞ və İsrailin təşəbbüsü ilə həyata keçirilir. Bunu İranın müdafiə naziri, briqada generalı Əhməd Vahidi çıxışında bildirib.
SalamNews-un IRNA-ya istinadən verdiyi xəbərə görə, o, qonşu ölkələri belə bir təxribata uymamağa çağırıb.
“Bu plan nəinki regionda təhlükəsizliyi təmin etməyəcək, əksinə, təhlükəsizliyi təmin etmək imkanlarını məhdudlaşdıracaq”, - general Vahidi deyib.