İranla “altılıq” ölkələri arasında müzakirələrin Türkiyənin paytaxtı İstanbulda keçiriləcəyi təsdiqlənib.
APA-nın İran mətbuatına istinadən verdiyi xəbərə görə, İran və “altılıq” ölkələrinin görüş yeri üçün İstanbul seçilib. Xəbərdə o da bildirilir ki, tərəflərin razılaşmasına görə, İstanbulda başlayacaq müzakirələrin gedişindən asılı olaraq, ikinci tur Bağdadda keçiriləcək.