İstanbulun "Atatürk" hava limanında 2,5 milyon dolları ölkədən çıxarmaq istəyən liviyalı sərnişin saxlanılıb.
SalamNews-un "Milliyyət"ə istinadla verdiyi xəbərə görə, Türkiyədən İordaniyaya getmək istəyən sərnişindən şübhələnən polis onun üzərində axtarış aparıb. Nəticədə sərnişinin çemodanından böyük məbləğdə ABŞ dolları aşkar olunub. Polislər pulu saymaq üçün 6 saat, əskinazların ardıcıl nömrələrini təyin etmək üçün isə 12 saat sərf ediblər.