“Suriyanın dostları”nın silahlı müxalifətə açıq dəstək vermək niyyəti problemin sülh yolu ilə tənzimlənməsi məqsədlərinə ziddir. SalamNews-un İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, belə bəyanatla Rusiya XİN-in İnformasiya və mətbuat departamentinin direktoru Mariya Zaxarova çıxış edib.
“İstanbulda ikinci belə iclas keçirilib. Bildiyiniz kimi, Rusiya bu tədbirdə iştirak etməyib. Toplantıya nə Suriya hakimiyyəti, nə də bu ölkənin müxalifətinin bir çox nüfuzlu nümayəndələri dəvət olunmayıblar”, - Zaxarova deyib.
Rəsmi Moskva problemin həllində yeganə çıxış yolu kimi BMT və ƏDL-in Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annanın təklifini göstərir.