POPULYARXƏBƏRLƏR

Rəcəb Tayyip Ərdoğan: “Kofi Annan planı Suriya hökuməti üçün son şansdır”

“Türkiyə heç bir xalqın daxili işlərinə qarışmır, lakin Suriya iqtidarının öz xalqının qətlini davam etdirməsinə göz yuma bilməyəcəyik”.



APA-nın Türkiyə bürosunun məlumatına görə, bu fikirləri İstanbulda keçirilən “Suriyanın dostları” qrupunun ikinci toplantısında çıxışı zamanı Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan söyləyib.
O artıq Suriyadan qaçaraq Türkiyədə sığınacaq tapan Suriya vətəndaşlarının sayının 20 min nəfərə çatmaqda olduğunu bildirib: “Suriyada yaşanan qətliamlar qarşısında beynəlxalq ictimaiyyətin hərəkətə gəlməsi artıq qaçılmaz hal alıb. Hər şeydən əvvəl, Suriya xalqına sistematik şəkildə humanitar yardım edilməlidir. Əlbəttə, BMT-nin və Ərəb liqasının xüsusi təmsilçisi Kofi Annanın təşəbbüsünün uğur qazanmasını ürəkdən arzu edirik. Ancaq istər biz, istərsə də beynəlxalq qurumlar ehtimal edirik ki, indiyə qədər bütün təşəbbüslərdən vaxt qazanmaq üçün istifadə edən Suriya hakimiyyəti Kofi Annanın təşəbbüsündən vaxt qazanmaq üçün istifadə edəcək. Əgər BMT Təhlükəsizlik Şurası öz üzərinə düşən tarixi missiyadan bir daha boyun qaçırarsa, beynəlxalq ictimaiyyətin Suriya xalqının leqal müdafiə haqqının dəstəkləməsindən başqa heç bir alternativi qalmayacaq. Biz beynəlxalq qüvvələrin Suriyaya geosiyasi mənafe prizmasından baxmasını rədd edirik. Biz bölgədəki hər cür mənafe axtarışlarını rədd edir, insanların həyatını xilas etməyin yollarını axtarırıq. Öz xalqına zülm edən Suriya rejiminin hakimiyyətdə qalmasına səbəb olacaq heç bir planı təsdiqləməyimizdən söhbət gedə bilməz, getməməlidir”.
Suriya Milli Şurasını Suriya xalqının leqal təmsilçisi kimi tanıdıqlarını xatırladan baş nazir Ərdoğan, Şuranın açıqladığı və müxalif qüvvələr tərəfindən də dəstəklənən “Misaqi-milli xartiyası”nın əsas sənəd olduğunu vurğulayıb. Suriyanın yeni iqtidarının suriyalılar tərəfindən demokratik yollarla qurulacağını bildirən Ərdoğan, seçki qutularının xalqın önünə gətirilməsinin vacibliyindən bəhs edib: “Türkiyə dost və qardaş Suriya xalqının yanında yer tutmağa davam edəcək. “Suriyanın dostları” qrupuna daxil olan o biri ortaqlarımızın da eyni şəkildə qərarlı davranacağına şübhə etmirik. Suriyada hörmətli Annana verilən söz hələ də yerinə yetirilməyib. Suriyada xalqın tələblərinin bir an əvvəl yerinə yetirilməsini istəyirik. Heç kimin şübhəsi olmamalıdır ki, günahsız insanları öldürənlər mütləq öz cəzalarını çəkəcəklər”.



Yerləşdirilib:2 Aprel, 2012  21:36, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com