ran 60 ölkə ilə viza rejimini ləğv edib.
APA-nın “Fars” xəbər agentliynə istinadən məlumatına görə, bu məlumatı İranın Mədəni İrs və Turizm İdarəsinin nümayəndəsi Əsədullah Məhəmmədpur açıqlayıb. O bildirib ki, xarici turistlərin İrana səfərini asanlaşdırmaq məqsədi ilə belə bir addım atılıb: “Mədəni İrs və Turizm İdarəsi viza rejiminin ləğvi ilə bağlı İran Xarici İşlər Nazirliyində lazımi işlərə başlayıb. İranın qırmızı cizgiyə daxil etdiyi ölkələr istisna olmaqla, digər dövlətlərlə viza rejimini ləğv etmək ölkəmizə daha çox turist cəlb etmək məqsədi daşıyır”. Ə. Məhəmmədpur əlavə edib ki, İrana qarşı sanksiyalara baxmayaraq, əsas hədəfləri ölkəyə 7.5 milyon xarici turist cəlb etməkdir.