“Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olaraq Suriyada vəziyyətə dair Annan planını dəstəkləyir”.
APA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Finlandiyanın xarici işlər naziri Erkki Tuomioya ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
Azərbaycanın mövqeyinin Ərəb Dövlətləri Liqasının təklifləri ilə də üst-üstə düşdüyünü qeyd edən nazir bildirib ki, bu mərhələdə əsas məsələ zorakılığın dayandırılmasıdır.
E. Məmmədyarov Suriya məsələsinin finlandiyalı həmkarı ilə görüşdə də müzakirə olunduğunu vurğulayıb: “Cənab Tuomioya da, mən də Suriyada zorakılığa son qoyulmasının və münaqişənin daha geniş miqyas almamasının zəruriliyini qeyd etdik”.