Suriyada müxalifət tərəfindən qaçırılan 12 İran vətəndaşı azad edilib.
Azad olunanlar arasında iranlı zəvvarlar və elektrostansiyanın tikintisində çalışan 5 mühəndis var. Xatırladaq ki, İranın 12 vətəndaşı 2011-ci il dekabrın 20-də qaçırılıblar.
SalamNews IRNA-ya istinadən xəbər verir ki, İran vətəndaşlarının vətənə qayıtmaları üçün müvafiq tədbirlər görülür.
Xatırladaq ki, daha öncə iranlı mühəndislərin azad olunması haqqında xəbər verilib. Lakin son məqamda canilərlə danışıqlar baş tutmayıb.