Əfqanıstanın qərbində əfqan ordusu ilə "Taliban" döyüşçüləri arasında silahlı toqquşmalar meydana gəlib. Yalnız 1 gün ərzində onlarla hərbçi və yaraqlının qətlə yetirildiyi bildirilir.
SalamNews-un İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, vəziyyətin gərginləşməsinə səbəb, silahlıların Gülistan qəzasında əfqan ordusunun 5 avtomobildən ibarət maşın karvanına hücum etməsi olub. Rəsmi məlumatlara görə, hücum nəticəsində 3 əsgər öldürülüb. “Taliban” hərəkatının nümayəndəsi Kari Yusif Əhmədi isə, öz növbəsində, 40 əfqan hərbçisinin qətlə yetirildiyini iddia edir.
Buna cavab olaraq, əraziyə Əfqanıstanda təhlükəsizliyin təminatına Beynəlxalq dəstək qüvvələrinin HHQ tərəfindən zərbələr endirilib. Nəticədə 30 qiyamçı öldürülüb, 15 "Taliban" üzvü isə yaralanıb.