Suriyada qarşıdurmaları dayandırmaq üçün BMT öz müşahidəçilərini Dəməşqə göndərmək niyyətindədir.
Diplomatik mənbədən bildiriblər ki, müşahidəçilər missiyası tezliklə yola düşməlidir.
SalamNews Reuters-ə istinadən xəbər verir ki, digər məlumatlar açıqlanmır.
Xatırladaq ki, Suriyada artıq bir ildir iğtişaşlar davam edir. BMT-nin məlumatına görə, iğtişaşlar zamanı ölənlərin sayı 9 minə çatıb.