Rusiya İslam Komitəsinin sədri Heydər Camalın mənzilində aparılan axtarış, internet səhifələrində yerləşdirilən və terrorizmə çağıran məqaləsi ilə bağlı olub. SalamNews “Vzqlyad”a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) bildirib.
"İlkin araşdırmalara görə, islamcom.ru internet səhifəsində Yüsif Əl-İyerin “Qadının cihaddakı rolu” məqaləsi dərc edilib. Bu məqalədə müəllif müsəlman qadınların terror aksiyalarında, həmçinin Çeçenstan Respublikasının ərazisində Rusiyanın Silahlı Qüvvələrinin hərbiçilərinə qarşı aksiyalarda iştirak etdiklərini açıqlayır və oxucuları onlardan nümunə götürməyə səsləyir”, - məlumatda deyilir.
FTX bildirib ki, “müvafiq məqalə islamcom.ru saytında Heydər Camalın rəhbərliyi altına olan “İslam komitəsi”nin ofisindəki kompüterlərinin birindən yerləşdirilib”.