İran İslam Respublikası parlamentinin deputatı ayətullah Əli Əkbər Qarabağinin vəfatı ilə əlaqədar martın 29-u İranın Qərbi Azərbaycan vilayətində matəm günü elan olunub.
SalamNews FarsNews-a istinadən xəbər verir ki, dəfn mərasimi cümə axşamı Urmiyə şəhərində yerli vaxtla 10.30-da keçiriləcək. Matəm yürüşü İnqilab meydanından başlayacaq.
Anım mərasimi yerli vaxtla saat 16.00-dan 18.00-dək İmam Xomeyni məhəlləsində ruhanilər və ictimaiyyətin görkəmli nümayəndələrinin iştirakı ilə keçiriləcək.