Malayziya müxalifət koalisiyası İsrail ilə ticarət əlaqələrinin dayandırılması ilə bağlı qanun layihəsini parlamentin müzakirəsinə çıxarıb.
SalamNews-un İRNA-ya istinadən verdiyi xəbərə görə, müxalifət koalisiyası bu addımı Malayziya dövlətinin Fələstin xalqına dəstəyi kimi dəyərləndirib.
“Qanun layihəsi təsdiq edilməsə, bu Fələstinə qarşı ikili münasibətin nümayişi olacaq”, - müxalifət nümayəndələri deyiblər.
Xatırladaq ki, Aİ-nin Ticarət Komissiyasının ötən il açıqladığı hesabata görə, Malayziya İsrail ilə ticarət əlaqəsi quran 50 ölkə arasında 15-ci yeri tutur.