POPULYARXƏBƏRLƏR

İndoneziya səfiri Prayono Atiyanto: “Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyirik” - MÜSAHİBƏ

İndoneziyanın Azərbaycandakı səfiri Prayono Atiyantonun APA-ya müsahibəsi

Azərbaycan-İndoneziya münasibətlərinin inkişaf perspektivlərini necə görürsünüz?

- Hazırda hər iki ölkə arasında gözəl siyasi münasibətlər mövcuddur. Biz iqtisadi əməkdaşlığı da genişləndirmək istəyərdik. Azərbaycanla İndoneziya arasında iqtisadi, mədəni və sosial münasibətlərin səviyyəsini mövcud siyasi münasibətlərin səviyyəsinə qaldırmağa çalışırıq.

- İndoneziya neft resursları ilə zəngin ölkədir. Ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığı necə görürsünüz?

- Bəli, İndoneziya neft hasilatçısıdır, lakin bizim resurslar kifayət qədər deyil. Resurslar gec-tez tükənir, buna görə də biz alternativ enerji mənbələrinin inkişafı üzərində çalışırıq. Bu istiqamətdə Azərbaycanla əməkdaşlığı genişləndirmək istərdik. Biz texniki əməkdaşlığı da genişləndirə bilərik, hər iki ölkə enerji resurslarının hasilatı və emalı sahəsində təcrübəyə malikdir.

- Səfirliyiniz nəzdində konsulluq şöbəsi açmağı planlaşdırırsınız?

- Demək olar ki, şöbə mövcuddur, lakin bəzi texniki xarakterli problemlərə görə vizaların verilməsinə təxminən bir ay sonra başlanacaq.

- İndoneziyanın Dağlıq Qarabağ məsələsində rəsmi mövqeyi necədir?

- Bu məsələdə Azərbaycanın yanındayıq. Biz dövlətlərin ərazi bütövlüyü prinsipini dəstəkləyirik. İndoneziya münaqişənin sülh yolu ilə həllini istəyir, başqa cür ola da bilməz, axı Azərbaycan və Ermənistan qonşudurlar.

- Azərbaycan İndoneziyada nə qədər tanınır?

- Təəssüf ki, Azərbaycan İndoneziyada o qədər də tanınmır. Lakin Azərbaycanın İndoneziyadakı səfirliyi Azərbaycan mədəniyyətinin ölkədə təbliğatı məqsədilə yaxşı iş aparır. İndoneziya da öz növbəsində ölkənin Azərbaycanda populyarlığını artırmaq üçün iş aparır. Ölkəmiz aprelin 12-14-də ilk dəfə 11-ci Azərbaycan Turizm və Səyahət Beynəlxalq Sərgisində iştirak edəcək. Sərgiyə İndoneziyadan qonaqlar da qatılacaqlar.

- Ölkələrimiz bir-birindən nə öyrənə bilərlər?

- Hər iki ölkənin energetika sahəsində böyük təcrübəsi var, biz təcrübə mübadiləsi apara bilərik. Həmçinin biz mədəniyyət və təhsil sahəsində qarışılıqlı mübadilə proqramları həyata keçirməyi planlaşdırırıq. Qeyd etmək istərdim ki, İndoneziyanın mədəniyyət və məişəti ilə daha yaxından tanış olmaq üçün hər il Azərbaycandan ölkəmizə tələbələr göndərilir. Biz həmçinin magistrlər üçün proqram təklif edirik.

- Yaxın zamanlarda hansı birgə layihələrin həyata keçirilməsi gözlənilir?

- Biz birbaşa ticarət əlaqələri qurmaq istərdik. Hazırda iki ölkə arasında idxal-ixrac əməliyyatları üçüncü dövlətlər vasitəsilə həyata keçirilir. Biz bu vəziyyəti dəyişməyə çalışacağıq.



Yerləşdirilib:28 Mart, 2012  14:53, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com