Rusiya Prezidenti Dmitri Medvedev Türkiyənin Baş naziri Rəcəb Tayib Ərdoğanla görüşüb. Hər iki lider Seulda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak edirlər.
SalamNews RİA “Novosti”yə istinadən xəbər verir ki, Medvedev və Ərdoğan jurnalistlər qarşısında bir araya gəliblər, daha sonra görüş mətbuatsız davam edib.
Danışıqlarda Rusiya tərəfindən XİN başçısı Sergey Lavrov və prezidentin köməkçisi Sergey Prixodko iştirak ediblər.