Suriyada itkin düşən iki türk jurnalistin İranın nəzarəti altında olduğu ehtimalı bildirilir.
SalamNews-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, artıq iki həftədir itkin düşmüş Adəm Özköse və Həmid Coşkunun Suriyadakı İrana yaxın qüvvələrin nəzarətinə keçdiyi xəbər verilir.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyadan qayıdarkən Tehranda bu məsələni İran tərəfi ilə müzakirə edəcəyi gözlənilir.
Adəm Özköse və Həmid Coşkunun səhhətinin yaxşı olduğu bildirilir.