Türkiyə Silahlı Qüvvələri Tuncelidə PKK terrorçularına qarşı genişmiqyaslı əməliyyatlara başlayıb.
APA-nın «Habertürk»ə istinadən verdiyi məlumata görə, Tuncelidəki dördüncü kommando briqadasının əsgərlərinin cəlb olunduğu əməliyyat Tuncelinin mərkəzindən 25 km məsafədə yerləşən Çiçəkli bölgəsi, Rabat vadisi, Dinar dərəsi, Esenyurt və Demirkapı bölgəsində aparılır.
Əməliyyata çox sayda zirehli maşın və minalara qarşı qorumalı «Kirpi» tipli nəqliyyat vasitələri, həmçinin helikopterlər cəlb olunub.