Hökumətə qarşı döyüşən «Azad Suriya ordusu»nun komandanı polkovnik Riyad Əsəd müxalifətin Hərbi şurasının yaradıldığını elan edib. «Azad Suriya ordusu»nun və general Mustafa əş-Şeyxin dəstələri indidən belə Şuraya tabe olacaqlar.
Polkovnik bununla prezident Bəşər Əsədə qarşı qüvvələrin birləşdirildiyini bəyan edib.
Şuraya general Mustafa əş-Şeyx başçılıq edəcək.