İrimiqyaslı Əl-Qüds yürüşünə Azərbaycan nümayəndələri də qoşulacaqlar
SalamNews-un GMJ saytına istinadən verdiyi xəbərə görə, İordaniya, Livan, Fələstin Muxtariyyəti və İranda martın 30-da keçiriləcək yürüşə hazırlıq işləri artıq başa çatıb. İndoneziya, Filippin, Malayziya, Hindistan, Bəhreyn, Pakistan, Tacikistan, Azərbaycan və İran nümayəndələri təyin olunmuş vaxtda Livan ərazisində karvana qoşulacaqlar.
Bəzi ölkələrin nümayəndələri artıq İran sərhədini keçiblər və hazırda Tehranda qərar tutublar.
Yürüşə İran hökumətinin üzvləri və parlamentinin deputatları da qatılacaqlar.