Cənubi Koreyanın paytaxtı Seul şəhərində nüvə təhlükəsizliyi üzrə beynəlxalq konfrans keçiriləcək.
SalamNews MehrNews-a istinadən xəbər verib ki, sabah konfrans çərçivəsində ABŞ Prezidenti Barak Obama və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan arasında məsləhətləşmələrin keçirilməsi gözlənilir. Görüşün əsas mövzusu İranın nüvə proqramı ilə bağlıdır. Ehtimal olunur ki, İran və "altılıq" arasında nüvə proqramı üzrə danışıqların yeni raundu Türkiyədə baş tutsun. Məsləhətləşmələr zamanı İran neftinin Türkiyəyə təchiz edilməsi və Suriyadakı vəziyyət diqqət mərkəzində saxlanılacaq.
Türkiyə dəfələrlə bildirib ki, "altılıq" İranla danışıqlarda vasitəçi olmağa hazırdır. Seuldə keçirilən məsləhətləşmələrdən sonra R.T.Ərdoğanın Tehrana səfəri gözlənilir.