Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Cənubi Koreyaya gəlib. O, burada nüvə təhlükəsizliyi sammitinə qatılacaq.
SalamNews Türkiyə mətbuatına istinadən xəbər verir ki, Baş naziri Songnam hava limanında Türkiyənin Seuldakı səfiri Mustafa Naci Sarıbaş və Cənubi Koreyalı səlahiyyətli şəxslər qarşılayıblar.
R.T.Ərdoğanı xarici işlər naziri Əhməd Davudoğlu, enerji və təbii sərvətlər naziri Taner Yıldız, iqtisadiyyat naziri Zafer Çağlayan, AKP sədrinin müavini Ömər Çelik, deputat Yalçın Akdoğan və TSQ Baş Qərargahının rəis müavini, general Hulusi Akardan ibarət nümayəndə heyəti müşayiət edir.