Türkiyənin cənub-şərqindəki Şırnak vilayəti ərazisindəki Cudi dağında PKK terrorçularına qarşı keçirilən və 3 gün davam edən hərbi əməliyyat başa çatıb.
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, əməliyyat zamanı 10 terrorçu məhv edilib. Xüsusi təyinatlı polis dəstəsinin 6 üzvü həlak olub, 11 polis və 2 əsgər yaralanıb.
Bitlis rayonundakı meşəlik ərazidə keçirilən əməliyyatda isə 7 terrorçu məhv edilib.