ABŞ-dakı türk icması uydurma “erməni soyqırımı” ilə bağlı Senata təqdim edilmiş 399 saylı qətnamə layihəsinə qarşı kampaniyaya başlayıb
APA-nın Türk-Amerikan Dərnəkləri Federasiyasının saytına istinadən verdiyi məlumata görə, konqresmenlərə, senatorlara və mətbuat orqanlarına göndərilən məktublarda bildirilib ki, ermənipərəst senatorlar Robert Menendez və Mark Kirk tərəfindən təqdim olunmuş qətnamə layihəsi ABŞ-ın xarici siyasət kursunu və ABŞ-Türkiyə münasibətlərini pozmağa yönəlib.
Qeyd edək ki, qətnamə layihəsi martın 19-da Senata təqdim olunub. Layihə Senatın Xarici Əlaqələr Komitəsində müzakirəyə çıxarılacaq. Sənəddə ABŞ prezidentinə 1915-ci il hadisələrini soyqırım kimi tanımaq çağırışı yer alıb.